...

31 ölkədən olan iş adamları Azərbaycanda işgüzar görüşlər keçirəcək

İqtisadiyyat Materials 13 Noyabr 2021 11:57 (UTC +04:00)
31 ölkədən olan iş adamları Azərbaycanda işgüzar görüşlər keçirəcək

Bakı. Humay Ağacanova - Trend:

31 ölkədən olan iş adamları Azərbaycanda işgüzar görüşlər keçirəcək.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Biznes Forumun (IBF) prezidenti, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təsisçisi Erol Yarar Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və MÜSİAD-ın birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, dünən türkdilli dövlətlərin prezidentləri önəmli tarixi əməkdaşlığa imza atdılar:

"Bu görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev çox mühüm bir mövzuya toxundular. Dövlət başçıları ticarətin inkişaf etdirilməli olduğunu vurğuladılar. Biz də 1000-dən çox iş adamı ilə bu qoyulan hədəfə çatmaq üçün hərəkətə keçdik. Bu çərçivədə Azərbaycan və Türkiyə xalqlarının iqtisadi inkişafı üçün çox önəmli bir addım atırıq", - deyə o bildirib.

E.Yarar həmçinin qeyd edib: "Sadəcə Türkiyənin 43 şəhərindən yox, dünyanın 31 ölkəsindən iş adamlarını Azərbaycana gətirərək burada iş adamlarımız və KOBİA ilə əməkdaşlıqla çox mühüm görüşlər keçirəcəyik. Bir tərəfdən buraya gələn dostlarımıza Asiyanın incisi Azərbaycanı tanıtmağa çalışacağıq. Digər tərəfdən forumdan əlavə təkbətək görüşlər keçirilərək investisiya imkanları araşdırılacaq. Bu səbəbdən bazarertəsi keçiriləcək görüş iki ölkə üçün tarixi bir hadisədir. Dünən İstanbulda Zirvə Görüşündə əldə edilən razılaşmalar kimi, bu razılaşmalar da iqtisadi inkişaf üçün çox mühüm təməl olacaq", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti