...

Sahibkarlarla ixracla bağlı müzakirələr aparılıb (FOTO)

İqtisadiyyat Materials 25 Noyabr 2021 13:37 (UTC +04:00)
Sahibkarlarla ixracla bağlı müzakirələr aparılıb (FOTO)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşkilatçılığı ilə Xaçmaz şəhərində sahibkarlarla görüş keçirilib. Maarifləndirmə məqsədi ilə təşkil olunan görüşdə sahibkarların ixrac zamanı qarşılaşdıqları məsələlər və onların həlli yollarına dair fikir mübadiləsi aparılıb.

İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların nümayəndələrinin iştirak etdiyi görüşdə mənşə sertifikatlarının verilməsi zamanı yaranan çətinliklərlə əlaqədar Dövlət Xidmətinə daxil olan müraciətlər müzakirə edilib. Məlum olub ki, sahibkarlar tərəfindən qaldırılan əksər məsələlər malın mənşəyinin təyin edilməsi üçün tələb olunan sənədlərin tam təqdim olunmaması, ixracatçıların mal istehsalçısı olmadığı təqdirdə elektron alış aktlarının və ya elektron qaimələrin təqdim və ya düzgün tərtib etməməsi ilə əlaqədardır. Bu cür anlaşılmazlıqların aradan qaldırılması istiqamətində sahibkarlara müxtəlif təlimatlar verilib və onların sualları cavablandırılıb.

Sahibkarları maraqlandıran sualların yerində və ətraflı cavablandırılmasını təmin etmək məqsədilə Dövlət Xidməti tərfindən bu cür görüşlərin mütəmadi olaraq təşkil olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti