...

Nağdsız ödənişlərin hansı faydaları var?

İqtisadiyyat Materials 6 Dekabr 2021 20:44 (UTC +04:00)
Nağdsız ödənişlərin hansı faydaları var?

Bakı. Elçin Mehdiyev – Trend:

Son illər nağdsız ödənişlərin miqyasının artırılması istiqamətində ölkəmizdə məqsədyönlü siyasət yürüdülür. Ötən illər ərzində bu mıəqsədlə Vergi Məcəlləsinə, “Nağdsız Hesablaşmlar haqqında” Qanuna və digər qanunvericlik aktlarına müvafiq dəyişikliklər edilib. Elektron ödənişlərin daha rahat və asan aparılması üçün ən zəruri infrastrukturlar yaradılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəssinin üzvü Aydın Hüseynov Trend-ə açıqlamasında bildirib ki, banklar tərəfindən təmin edilmiş elektron ödəmə vasitələri internet üzərindən kommunal xərcləri ödəmək, ticarət əmıəliyyatları aparmaq imkanları təmin edilib.

O qeyd edib ki, hazırda çoxfunksiyalı “ASAN ödəniş” sistemi cərimə, kommunal xidmət və digər ödənişləri qısa zamanda, təhlükəsiz və rahat şəkildə həyata keçirmək imkanı yaradır: "Həmçinin, ölkə daxilində geniş ərazini əhatə edən “ASAN ödəniş” terminalları, nağdsız ödəmə vasitələri e-ödənişlərin maneəsiz həyata keçirilməsini təmin edir.

Elektron ödənişlər əhaliyə vaxta qənaət imkanı yaradır, nağd pul daşınmasının yaratdığı təhlükələrdən qoruyur, ticarət və xidmət obyeklərinə də saxta pullarla hesablaşmaların qarşısını alır. Eyni zamanda, vətəndaşların dövlət qurumlarına ödədiyi müxtəlif xidmət haqlarının hesabatlılığını təmin edir, şəffaflığa zəmanət verir.

Bütün bu sistem sayəsində vergidən yayınmanın qarşısı alınır və büdcəyə daha çox vəsait toplanır, ölkə iqtisadiyyatında maliyyə intizamı güclənir. Büdcəyə toplanan vəsaitlər isə əhalinin sosial rifahına yönəldilir".

O qeyd edib ki, son illərdə nağdsız ödənişlərlə bağlı aparılan tədbirlərə baxmayaraq, bəzi sahələrdə yenə də nağd ödəmələr qalır, vergidən yayınma halları baş verir. Bu səbəbdən də “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişikliklər nəzərəd tutulub.

"2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni dəyişikliklərin məqsədi də məhz qeyd edilən sahələrdə vergidən yayınma hallarının qarşısını almağa hesablanıb.

Qanun layihəsinə əsasən, pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 4.000 manatdan artıq olan ödənişlər, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər, ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı və idman-mərc oyunlarında ümumi məbləği 3.000 manatdan artıq olan uduşlarla bağlı pul ödənişləri nağdsız qaydada aparılmalıdır. Yeni dəyişikliklər birbaşa şəffaflığın təmin edilməsi ilə yanaşı, vətəndaşların özlərinin də daha rahat və riskisz ödəmə təminatları ilə əhatə edilməsinə səbəb olacaq. Eyni zamanda, nağdsız ödəmə zamanı vətəndaşların ödədədiyi vəsaitlərin müəyyən hissəsi ƏDV şəklində ona geri qaytarılır.

Məlum olduğu kimi, hazırda ölkə ərazisində pərakənda ticarət sahəsi üzrə alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması sistemi tətbiq edilir, bu baxımdan təklif olunan dəyişikliklər istehlakçılara qaytarılan ƏDV məbləğlərinin dairəsini də genişləndirəcək, həm də geri qayıdan ƏDV-nin həcmlərinin artmasına da müsbət təsir edəcəkdir. Nəzərə alsaq ki, 2022-ci il 1 yanvardan etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətləri əldə edən istehlakçılar da ödənilmiş məbləğlərə görə ƏDV-ni geri alacaqlar, nəticədə həmin sahədə elektron ödəmlərin artması sayəsində həm hesabatlılıq artacaq, həm də vətəndaşlar tibbi xidmətlə bağlı xərclərinin bir hissəsini geri alacaqlar.

Beləliklə, yeni dəyişikliklər vergidən yayınmanın qarşısını alacaq, nağdsız ödənişlərin həcmini artıracaq, makroiqtisadi idarəetməni asanlaşdırmaqla iqtisadiyyata müsbət təsir edəck. Şəffaflıq artacaq ki, bu da kölgə iqtisadiyyatının səviyyəsinin azalması deməkdir.

Nağdsız hesablaşmaların iqtisadi dövriyyədə xüsusi çəkisinin artması biznes əməliyyatlarının şəffaflaşmasını və dövlət gəlirlərinin artmasını şərtləndirir ki, bu da nəticə etibarilə büdcənin maliyyə imkanlarını artıracaq və sosial sektorun maliyyələşdirilməsi ilə bağlı əlavə mənbələr yaranmış olacaq.

Nağdsız ödəniş vasitələrinin geniş imkanları sayəsində qanunvericiliyə edilməsi nəzərdə tutulan dəyişikliklər ticarət əməliyyatları zamanı vətəndaşlara münasibətdə hər hansı əlavə inzibati yük yaratmayacaq", - deyə iqtisadçı bildirib..

Məqalədə:
Xəbər lenti

Xəbər lenti