...

Azərbaycan ərzaq tədarükü üzrə Rusiya ilə Özbəkistan arasında logistika layihəsinə qoşulub

İqtisadiyyat 18 Yanvar 2022 12:45
Azərbaycan ərzaq tədarükü üzrə Rusiya ilə Özbəkistan arasında logistika layihəsinə qoşulub

Trend-i buradan izləyin

Bakı. Sədrəddin Ağcayev – Trend:

Rusiya ilə Özbəkistanın reallaşdırdığı “Aqroekspress” sürətləndirilmiş ərzaq tədarükü üzrə logistika layihəsinə Azərbaycan da qoşulub.

Bu barədə Trend-ə Rusiyanın İqtisadiyyat Nazirliyindən bildiriblər.

Qurumun məlumatına görə, “Aqroekspress” layihəsinin üstünlükləri əlavə rəqabətqabiliyyətli çatdırma şərtləri, məhsulların daşınması yolunda təkrar yükləmə əməliyyatlarının ləğvi hesabına xərclərin azalması olacaq ki, bu da logistika əngəllərinin aradan qaldırılması və məhsulötürücü infrastrukturun yaradılması üçün zəruri infrastruktur yaradacaq.

Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib ki, Rusiya Şərqi və Mərkəzi Asiya istiqamətlərində “Aqroekspress” layihəsi çərçivəsində ixrac marşrutlarının təşkili sahəsində böyük təcrübəyə malikdir.

“Bu istiqamətdə Azərbaycanla əməkdaşlıq iki ölkənin iştirakçılarının tam fiskal yoxlamalı və daşınan yüklərin istehlak xüsusiyyətlərinin qorunması təminatlı müntəzəm dəmiryol xidməti ilə təmin etməyə imkan verəcək”, - deyə nazir müavini bildirib.

Eyni zamanda, Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina hesab edir ki, “Aqroekspress” layihəsi çərçivəsində yeni istiqamətin açılması ixracatçılara öz məhsullarını müştərilərə daha tez və logistika problemləro olmadan çatdırmağa imkan verəcək.

“Rusiya və Azərbaycanın qarşılıqlı ticarətinin həcmini nəzərə alaraq, aylıq iki qarışıq qatarın hərəkətini təmin etmək olar. Rusiyadan buğda, bitki yağı və şirniyyat məmulatları, Azərbaycandan isə təzə meyvə və tərəvəz ixrac olunacaq. Layihənin uğurlu startı həm də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə ixrac həcmini artırmağa, qonşu ölkələri kənd təsərrüfatı məhsulları tədarükü marşrutuna cəlb etməyə imkan verəcək”, - deyə V.Nikişina bildirib.

Xatırladaq ki, 2021-ci ilin sonunda birinci “Aqroekspress” Rusiya-Özbəkistan-Rusiya marşrutu ilə sınaq yükdaşımasını həyata keçirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti