...

A-QROUP sığortaya yeni sədr müavini təyin edildi

İqtisadiyyat Materials 16 Fevral 2022 17:04 (UTC +04:00)
A-QROUP sığortaya yeni sədr müavini təyin edildi

Bakı. Trend:

Niftiyev Yalçın Sakit oğlu A-Qroup Sığorta Şirkəti ASC-nin Səhmdarının qərarı ilə şirkətin İdarə Heyəti Sədrinin müavini, Baş tibb inzibatçısı vəzifəsinə təyin edilmişdir.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Qeyd edək ki, Y.S.Niftiyev 2012-2021-ci illərdə bu sığorta şirkətinin Tibbi sığorta departamentinin rəhbəri kimi çalışırdı. 11 iyun 2021-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən keçirilən Sığortaçıların rəhbər işçisi vəzifəsinə təyin olunmaq üçün tələb olunan attestasiyadan uğurla keçdikdən sonra İdarə heyətinin üzvü vəzifəsinə yüksəlmişdir.

A-Qroup sığorta şirkəti Niftiyev Yalçına yeni vəzifəsində və peşəkar fəaliyyətində uğurlar arzu edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti