...

Qida təhlükəsizliyi ilə bağlı yeni qaydalar olacaq

İqtisadiyyat Materials 2 Mart 2022 13:49 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Əgər bağlamada bir təhlükəli hesab edilən məhsul varsa, digər məhsullar da təhlükəli hesab ediləcək.

Trend-in məlumatına görə, yeni tələblər “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin ilkin versiyasında öz əksini tapıb.

Qanun layihəsinin 10-cu maddəsində qeyd olunur ki, təhlükəli hesab edilən qida və yem məhsulu bir bağlamanın, partiyanın, yaxud eyni sinfə və ya təsvirə malik yükün hissəsi olduqda və qiymətləndirmə aparmaqla həmin bağlamada, partiyada və yükdə olan digər qida və yem məhsullarının təhlükəsizliyi barədə sübut tapmaq mümkün olmadıqda, həmin bağlamada, partiyada, yaxud yükdə olan bütün qida və yem məhsulları təhlükəli hesab edilir.

Qeyd edək ki, qanun layihəsinin Milli Məclisin yaz sessiyası çərçivəsində müzakirəyə çıxarılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti