...

"Yaşıl Kart" inteqrasiyası Azərbaycan-Türkiyə ticarət əlaqələrinə töhfə verəcək - Atilla Benli

İqtisadiyyat Materials 14 Mart 2022 10:45 (UTC +04:00)
"Yaşıl Kart" inteqrasiyası Azərbaycan-Türkiyə ticarət əlaqələrinə töhfə verəcək - Atilla Benli
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yaşıl Kart sistemlərinin inteqrasiyası Azərbaycanla Türkiyə arasında ticarət əlaqələrinə töhfə verəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Sığortaçılar Birliyinin sədri Atilla Benli deyib.

O qeyd edib ki, əsas məqsəd Azərbaycan və digər türk dövlətləri ilə əməkdaşlığı möhkəmləndirməklə yanaşı sığorta sistemini inkişaf etdirməkdir.

"Hədəflədiyimiz məqsədləri hazırda Azərbaycanla reallaşdırmaq üzrəyik. Bu gün imzalanacaq protokol Azərbaycanla-Türkiyə arasındakı ticari daşınmaya öz töhfəsini verəcək", - deyə o bildirib.

Qeyd edək ki, İcbari Sığorta Bürosu ilə Türkiyə Motorlu Taşıt Bürosu arasında Yaşıl Kart sistemlərinin inteqrasiyası üzrə əməkdaşlıq protokoluna əsasən Türkiyə və Azərbaycan gömrük-sərhəd keçid məntəqələrində hər iki ölkənin Yaşıl Kartlarının etibarlılığının rəqəmsal texnologiyalardan istifadə edilməklə yoxlanılması mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti