...

TRACECA 2021-ci ildə hökumətlərarası komissiyanın iclasında qəbul edilən sənədlərin icrası üzərində işləyir - Baş katib (VİDEO)

İqtisadiyyat Materials 8 Aprel 2022 22:55 (UTC +04:00)
TRACECA 2021-ci ildə hökumətlərarası komissiyanın iclasında qəbul edilən sənədlərin icrası üzərində işləyir - Baş katib (VİDEO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün TRACECA Hökumətlərarası Komissiyanın (HK) 21 oktyabr 2021-ci il tarixli iclasında qəbul edilən sənədlərin praktiki icrası üzərində işləyir.

Bu barədə Trend-ə müsahibəsində TRACECA HK-nın Daimi Katibliyinin baş katibi Asset Asavbayev deyib.

Onun sözlərinə görə, iclas zamanı TRACECA-nın Əsas Çoxtərəfli Sazişində iştirak edən ölkələrin gələcək fəaliyyət konsepsiyasını müəyyən edən sənədlər qəbul edilib.

"Məsələn, Rəqəmsallaşma Konsepsiyasının bir hissəsi olaraq biz TRACECA rəqəmsal ekosisteminin yaradılması üçün texniki tapşırıqlar hazırlayırıq. TRACECA ölkələrində rəqəmsallaşmanın səviyyəsi, o cümlədən rəqəmsallaşmanın istiqaməti fərqlidir. Məsələn, bəzi ölkələrdə bir nəqliyyat növünə üstünlük verilirsə, başqa bir ölkədə digər nəqliyyat növünə üstünlük verilir, və buna uyğun olaraq, beynəlxalq daşımalardan danışsaq, qonşu ölkə analoji işləri görmədikdə, bizə əlavə vaxt və ya xərc tələb olunacaq və rəqəmsallaşmadan dərhal effekt əldə etmək çox çətin olacaq. Bununla əlaqədar, TRACECA-nın Əsas Çoxtərəfli Sazişində iştirak edən bütün maraqlanan ölkələri, digər orqanlarına da nəzarət edən daşıyıcıları birləşdirəcək vahid bir platformanın yaradılması planlaşdırılır. Bu sistem sürücülər üçün bütün səyahət boyu onlayn işləyə bilmələri üçün müvafiq proqramların yaradılmasını nəzərdə tutur. Biz rəqəmsallaşma yolu ilə xidmət səviyyəsini, xidmətin keyfiyyətini və müvafiq olaraq dəhlizimizin rəqabət qabiliyyətini artırmaq istəyirik. Biz başa düşürük ki, bizim dəhlizimiz çox çətindir, ona görə ki, bir sıra ölkələrin sərhədlərini keçmək və müxtəlif nəqliyyat növlərindən istifadə etmək lazımdır. Bu rəqəmsal ekosistemin yaradılması məsələsi məhz Avropa-Qafqaz-Asiya marşrutu üzrə bütün marşrut üzrə sərhəd keçidinin asanlaşdırılmasına yönəlib. Bundan əlavə, rəqəmsal sənədlərin tanınması üçün ölkələr məlumat mübadiləsi apara biləcəkləri universal vahid platformaya inteqrasiya etməli və ya ondan istifadə etməlidirlər", - deyə A.Asavbayev bildirib.

Pandemiya dövründə elektron TIR-dan istifadə ilə bağlı Azərbaycan, Türkiyə və İranın təcrübəsi qabaqçıl olub və pandemiya göstərdi ki, sənədlərin elektron formada keçirilməsini təmin etmək üçün rəqəmsallaşma məsələsini sürətləndirmək lazımdır:

"Elektron TIR tətbiqinin sınaqdan keçirilməsi dünyada ilk dəfə TRACECA ölkələri tərəfindən həyata keçirilmişdir. TRACECA ölkələrimiz (Azərbaycan, Türkiyə və İran) bu alətin tətbiq oluna biləcəyini və nəqliyyatda tətbiq edilməli olduğunu göstərdi. Bu gün Qazaxıstan, Özbəkistan, Tacikistan artıq bu sənədə qoşulub. Pandemiya dövründə Daimi Katiblik gələcəkdə işimizi tənzimləyən və əlaqələndirəcək konseptual və sistemli sənədlərin qəbuluna diqqətini yönəldib. Bundan əlavə, hökumətlərarası komissiya rəqəmsallaşdırma və konteynerləşdirmə konsepsiyalarını, habelə sərhəd-keçid məsələləri ilə bağlı tövsiyələr sənədini qəbul edib. Biz 2022-2026-cı illər üçün fəaliyyət planı qəbul edərək özümüzü qruplaşdıra bildik, burada bütün nəqliyyat növləri üzrə görəcəyimiz bütün tədbirləri sistemləşdirdik. Təbii ki, burada sənədlərin qəbulunda ölkələrin fəallığı və cəlb olunması əsas prinsipdir. Ölkələrin bu tövsiyələrə əməl etməsi, tədbirlərin həyata keçirilməsi, əlbəttə ki, bizim işimizin fundamental hissəsidir”, - deyə baş katib əlavə edib.

O, həmçinin bildirib ki, üzən gəmilərin sayını artırmaq və konteynerləşdirməyə diqqət yetirmək lazımdır:

"Konteynerlərlə bağlı problemləri həll etməliyik. Konteynerləşdirmə konsepsiyamız bu problemlərin sistemli və əlaqələndirilmiş şəkildə həllinə yönəlib. Biz həmçinin Xəzər dənizində daha aşağı tariflərlə istismar edilməli olan gəmi konsepsiyasını təqdim etməyi planlaşdırırıq. Qeyd edim ki, bu gün Qazaxıstanla Azərbaycan, eləcə də Türkmənistanla Azərbaycan arasında bərə əlaqəsi yaradılıb. TRACECA (Azərbaycan - Qazaxıstan) kontekstində bərə daşımaları daha ucuz və rəqabətədavamlı olmalıdır və bunun üçün biz ciddi araşdırmalar aparırıq. Onların nəticələrinə əsasən, biz Xəzər dənizində istismar edilməli, böyük tutumlu və daha aşağı tariflərlə daşımaları həyata keçirməli olan gəmilərin konstruksiyalarının konseptual layihəsini təqdim etmək niyyətindəyik”, - deyə TRACECA-nın baş katibi bildirib.

O xatırladıb ki, 2021-ci il oktyabrın 21-də TRACECA HK-nın iclasında qəbul edilən “COVID-19 pandemiyası zamanı daşıma şərtlərinin uyğunluğu” adlı sənəd yüklərin fasiləsiz daşınmasına imkan verib.

O, həmçinin bildirib ki, son geosiyasi hadisələrlə əlaqədar TRASEKA dəhlizinə (Avropa-Qafqaz-Asiya) maraq hər gün daha da artır:

"Qeyd etmək lazımdır ki, çatdırılma qiyməti fərqli olacağından hər növ yük bu dəhlizə yönləndirilə bilməyəcək. Təbii ki, bir nəqliyyat növü olanda və tranzit ölkələr az olanda tariflər daha münasib olacaq. TRACECA dəhlizi müxtəlif nəqliyyat növlərini nəzərdə tutduğuna görə, yükdaşımaların dəyəri daha bahadır. Dəhlizimizin reallaşmamış potensialını da nəzərə almaq lazımdır.Əsas Çoxtərəfli Sazişində iştirak edən ölkələr öz infrastrukturlarına böyük sərmayələr qoyublar. Qeyd etmək istərdim ki, TRACECA həm də iştirakçı ölkələrin infrastrukturuna sərmayə qoyub. Belə ki, məsələn, TRACECA proqramı çərçivəsində Azərbaycana 13,7 milyon avroya yaxın vəsait ayrılıb. Bu vəsait Bakı limanının infrastrukturunun, dəmir yollarının yenilənməsi, vaqonların alınması, Gürcüstanla sərhəddə körpünün yenidən qurulması üçün ayrılıb. Bundan əlavə, Qazaxıstanın bərə kompleksləri üçün vəsait ayrılıb, o cümlədən Gürcüstana və bir sıra digər ölkələrə ayrılıb. Beləliklə, TRACECA dəhlizinin marşrutları bu gün formalaşıb, onların müvafiq infrastrukturu, səlahiyyətləri, burada işləyən operatorları var. Məsələn, Azərbaycanda hazırda mövcud olan infrastruktur mövcud yükdaşıma həcmini iki dəfə artırmağa imkan verir. Bunun üçün nəqliyyat operatorları arasında koordinasiya və inteqrasiya tələb olunur”, - deyə A.Asavbayev qeyd edib.

O, Zəngəzur dəhlizinin TRACECA (Avropa-Qafqaz-Asiya) marşrutuna daxil edilməsinin mümkünlüyündən danışaraq, bu məsələlərin bütün zəruri prosedurların keçməsini nəzərdə tutan HK-nin səlahiyyətində olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti