...

Ukrayna müharibəsi Bakıda kirayə mənzil bazarında qiymətlərə təsir edib - Ekspert

İqtisadiyyat Materials 19 May 2022 20:50 (UTC +04:00)
Ukrayna müharibəsi Bakıda kirayə mənzil bazarında qiymətlərə təsir edib - Ekspert
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynada müharibə başlayandan sonra həm bu ölkədən, həm də Rusiyadan geri qayıdan azərbaycanlıların sayının artması Bakıda kirayə mənzil bazarında qiymətlərə təsir edib.

Bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.

"Ukrayna və Rusiyadan Azərbaycana gələnlərin sayının çoxalması kirayə mənzil bazarında canlanmaya səbəb oldu, kirayə mənzil bazarında tələbat yüksəldi. İlin əvvəlindən bu günə qədər kirayə evlərin qiymətində 10% artım var", - E.Azadov deyib.

Onun sözlərinə görə, hazırda ali məktəblərdə dərslər yekunlaşmaq üzrədir. Kirayədə yaşayan tələbələr dərs ilini başa vurub paytaxtdan rayonlara dönürlər.

"Belə olduqda kirayə mənzil bazarında kifayət qədər mənzil boş qalacaq. Bu da kirayə mənzillərin ucuzlaşmasına səbəb olacaq. Qiymətlərin düşməsi avqustun 15-nə qədər davam edəcək. Yeni dərs ilinin başlamasına az qalmış tələbəblərin paytaxta qayıdışı ilə yenidən qiymətlərin qalxması gözlənilir", - E. Azadov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti