...

Azərbaycanlı mütəxəssislər aqrodronların idarə edilməsi ilə bağlı təlimlərə cəlb olunacaq

İqtisadiyyat Materials 19 May 2022 10:35
Azərbaycanlı mütəxəssislər aqrodronların idarə edilməsi ilə bağlı təlimlərə cəlb olunacaq

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı mütəxəssislər aqrodronların idarə edilməsi ilə bağlı təlimlərə cəlb olunacaq.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi çərçivəsində Aqrar İnnovasiya Mərkəzi, “Sapmaz” Havacılık və İleri Teknolojiler” şirkəti, “Azersun Holdinq” MMC arasında birgə əməkdaşlıqla bağlı memorandum imzalanıb.

"İmzalanma mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi, AKP İstanbul millət vəkili Şamil Ayrım, “Azersun Holdinq”in prezidenti Abdulbari Gözal iştirak ediblər.

Memorandumu Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov, “Sapmaz” Havacılık və İleri Teknolojiler” şirkətinin rəsmisi Sərdar Sapmaz və “Azersun Holdinq” MMC-nin kənd təsərrüfatı üzrə direktoru Məhəmməd Gözal imzalayıb.
Memoranduma əsasən, Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyinin Mülki Aviasiya Baş İdarəsi tərəfindən verilən icazə çərçivəsində Azərbaycandan olan mütəxəssislərə pilotsuz uçuş aparatlarının idarə edilməsi ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, əldə edilən razılaşmaya əsasən kənd təsərrüfatı nəzarət vasitələrinin istehsal lisenziyasına malik olan Türkiyə şirkəti sifariş əsasında pilotsuz uçuş aparatları ilə təchiz edəcək.

Əldə edilən razılaşmaya əsasən, türkiyəli mütəxəssislər tərəfindən multispektral dronlar vasitəsilə sahədə avtopilot rejimində çəkilişlərin aparılması, torpağın münbitliyinin ölçülməsi, zərərvericilərin aşkar edilməsi, bitki örtüyü indeksinin müəyyənləşdirilməsi, həmçinin çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini, eləcə də digər istiqamətlər üzrə nəzəri və praktik təlimlər keçiriləcək",-məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti