...

Türkiyədə Aİ-98 markalı benzinin istehsal həcmi açıqlanıb

İqtisadiyyat Materials 3 İyun 2022 18:07 (UTC +04:00)
Türkiyədə Aİ-98 markalı benzinin istehsal həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin mart ayında Türkiyədə ümumilikdə 1 096 ton Aİ-98 markalı benzin istehsal edilib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Enerji Bazarının Tənzimlənməsi Qurumundan (EPDK) bildirilib.

Məlumatda qeyd edilib ki, istehsal olunun Ai-98 markalı benzinin ümumilikdə 1 096 tonu Türkiye Petrol Rafinerileri A.S. (Tüpraş) tərəfindən istehsal edilib.

Belə ki, Tüpraş-ın Türkiyənin İzmit şəhərində yerləşən zavodundan ümumilikdə 1 906 ton Aİ-98 markalı benzin istehsal edilib.

Qeyd edək ki, bu ilin mart ayında Türkiyədə ümumilikdə 412 454 ton Aİ-95 markalı benzin istehsal olunub.

İstehsal olunun Ai-95 markali benzinin ümumilikdə 393 342 tonu Türkiye Petrol Rafinerileri A.S. (Tüpraş) tərəfindən istehsal edilib. Qalan 19 112 ton isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu tərəfindən istehsal edilib.

Tüpraş-ın Türkiyənin İzmit şəhərində yerləşən zavodundan ümumilikdə 192 644 ton, İzmirdə yerləşən zavodundan 134 305 ton və Kırklareli şəhərində yerləşən zavodundan isə 66 393 ton Aİ-95 markalı benzin istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti