...

Rusiya və Azərbaycan nəqliyyat əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verir - Nazir

İqtisadiyyat Materials 24 İyun 2022 13:25 (UTC +04:00)
Rusiya və Azərbaycan nəqliyyat əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verir - Nazir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya və Azərbaycan nəqliyyat əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verir.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.

"Digər layihələr və istiqamətlərlə yanaşı, biz tranzit-kommunikasiya əlaqələrinin genişlənməsinə böyük önəm veririk. Bu kontekstdə "Şimal-Cənub" layihəsi xüsusi əhəmiyyət daşıyır. O, son illər ərzində öz səmərəliliyini sübut edib və inkişaf üçün böyük perspektivlərə malikdir. Bu məsələ bugünkü danışıqlar zamanı müzakirə olunub", - C.Bayramov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti