...

Türkiyənin müdafiə sənayesi layihələrinin dəyəri 70 milyard dollara yaxındır

İqtisadiyyat Materials 29 İyun 2022 10:43 (UTC +04:00)
Türkiyənin müdafiə sənayesi layihələrinin dəyəri 70 milyard dollara yaxındır

Trend-i buradan izləyin

Bakı. Trend:

Bir neçə il öncə Türkiyədə müdafiə sənayesi layihələrinin təxminən yarısı 5,5 milyard dollar büdcə ilə həyata keçirilərkən, bu gün müdafiə sənayesi layihələrimizin dəyəri 70 milyard dollara yaxınlaşır.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (TMSK) sədri İsmail Demir bildirib.

“Türkiyə 20 illik müddətdə müdafiə sənayesində əhəmiyyətli irəliləyişlər əldə edib. 60-a yaxın olan müdafiə layihələrimizin sayı artıq 750-ni keçib.” – deyə Demir qeyd edib.

O, Türkiyə Silahlı Qüvvələri və bütün digər təhlükəsizlik qurumlarının ehtiyaclarını effektiv şəkildə qarşılamaq üçün işlərin davam etdiyini ifadə edib.

"Son illərdə səylərimiz nəticəsində əldə etdiyimiz inkişaflar şirkətimizin sistem və imkanlarına xarici bazarlarda tələbatını da artırır.” - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti