Bakı. Trend:
İyunun 29-da Bakıda Ələt azad iqtisadi zonası ilə Gürcüstanın Kutaisi şəhərindəki Xualinq azad sənaye zonası arasında əməkdaşlıq memorandumunun imzalanma mərasimi baş tutub.
Trend-in məlumatına görə, sənədi Ələt azad iqtisadi zonasının İdarə heyətinin sədri Valeh Ələsgərov və Xualinq azad sənaye zonasının baş direktoru Soso Nibladze imzalayıb.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçirilir.
(Tərcümə: Orxan Nəbiyev)