...

Bakıda bu mənzillərə tələb artıb - QİYMƏTLƏR

İqtisadiyyat Materials 14 İyul 2022 09:48 (UTC +04:00)
Bakıda bu mənzillərə tələb artıb - QİYMƏTLƏR
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda mənzillərin qiymətində baş verən artımın həcmi açıqlanıb.

Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, iyun ayında mənzil bazarında qiymət artımları davam edib.

Xüsusən qiyməti 100 min manatadək olan mənzillərə tələbin artması müşahidə olunub.

Qiyməti 100 min manatadək olan mənzillərin qiymətində 7 faiz artım qeydə alınıb. 100-300 min manat qiymət aralığında təklif olunan mənzillr 4 faiz dəyər qazanıb. 300 min manatdan baha təklif edilən mənzillərin qiymətində xüsusi dəyişiklik qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti