Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 26-da 111,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,08 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 108,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,06 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,72 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 109,53 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)