...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 27 Avqust 2022 09:27 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 26-da 101,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 100,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,64 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 99,46 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti