...

Son illər müşahidə olunan quraqlıq əkin sahələrinin suvarılmasını çətinləşdirir

İqtisadiyyat Materials 14 Oktyabr 2022 13:50 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Əhalinin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin olunması ilə bağlı torpaq və su ehtiyatlarından səmərəli istifadə olunması, bu istiqamətdə yeni texnologiyaların tətbiqi, ən yaxşı kənd təsərrüfatı təcrübələrindən yararlanmaq vacibdir.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bu gün "Yaşıl iqtisadiyyat" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, yaşıl enerji mənbələrindən istifadə ətraf mühitə mənfi təsirləri azaltmaqla yanaşı, fermerləri uzunmüddətli və dayanıqlı gəlir mənbəyi ilə də təmin edə bilər.

"Bildiyiniz kimi, ölkəmizin torpaq fondunun 55 faizi kənd təsərrüfatına yararlıdır ki, bunun da əksəriyyəti rütubət çatışmayan quraq zonaya aid olduğundan burada suvarma tətbiq etmədən kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyil. Son illər müşahidə olunan quraqlıq nəticəsində yerüstü su ehtiyatlarının azalması əkin sahələrinin suvarma suyu ilə təmin olunmasını çətinləşdirir. Bu baxımdan kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasının rolu olduqca vacibdir.

Torpaqların konsolidasiyası, iri fermer təsərrüfatlarının yaradılması və təsərrüfatlarda müasir becərmə texnika və texnologiyaların tətbiqi və kənd təsərrüfatı istehsal vasitələri ilə təminat Nazirlik olaraq siyasətimizin ana xəttini təşkil edir", - nazir müavini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti