...

Böyük məbləğdə valyuta daxilolmaları fonunda manatın məzənnəsi kəskin şəkildə möhkəmlənə bilər - Nazir

İqtisadiyyat Materials 11 Noyabr 2022 15:34 (UTC +04:00)
Böyük məbləğdə valyuta daxilolmaları fonunda manatın məzənnəsi kəskin şəkildə möhkəmlənə bilər - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Neft və qaz qiymətlərinin bahalaşması nəticəsində Azərbaycana böyük məbləğdə valyuta daxilolmaları fonunda manatın məzənnəsi kəskin şəkildə möhkəmlənə bilər.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Manatın möhkəmlənməsinin bir sıra mənfi təsirləri ola bilər. Manatın bahalaşması xüsusilə ixracla məşğul olan şirkətlərimizə problem yarada bilər”, - deyə nazir bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti