...

Avstriya Azərbaycanda bir sıra sahələr üzrə layihələrin reallaşdırılmasını nəzərdən keçirir - XİN

İqtisadiyyat Materials 18 Noyabr 2022 10:50 (UTC +04:00)
Avstriya Azərbaycanda bir sıra sahələr üzrə layihələrin reallaşdırılmasını nəzərdən keçirir - XİN
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avstriya Azərbaycanda nəqliyyat və enerji sahəsində konkret layihələrin reallaşdırılmasını nəzərdən keçirir.

Bunu cümə günü Trend-ə Avstriyanın Avropa və Beynəlxalq İşlər Federal Nazirliyinin mətbuat katibi Qabriele Yuen deyib.

Onun sözlərinə görə, ikitərəfli iqtisadi komissiyanın son iclası 2022-ci ilin yazında Bakıda keçirilib və tədbirdə Avstriyanın müxtəlif sektorlarda fəaliyyət göstərən müəssisələri iştirak edib.

"Avstriya nümayəndə heyəti bərpa olunan eneri, tikinti, nəqliyyat və turizm kimi sahələr üzrə təmsil olunmuşdu. Tərəflər dəmiryol əməkdaşlığı, eləcə də külək və su enerjisi kimi sahələr üzrə konkret layihələri müzakirə edib", - deyə o bildirib.

Q.Yuen qeyd edib ki, Avstriya hökuməti Azərbaycanla iqtisadi əməkdaşlığın fəallaşmasında maraqlıdır.

"Avstriya və Azərbaycan çox gözəl ikitərəfli münasibətlər inkişaf etdirə bilər. Ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi insanlar arasında təmasların və qarşılıqlı anlaşmanın güclənməsini ifadə edir", - mətbuat katibi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti