...

TRACECA sərhəd-keçid prosedurlarını sadələşdirir

İqtisadiyyat Materials 14 Dekabr 2022 15:03 (UTC +04:00)
TRACECA sərhəd-keçid prosedurlarını sadələşdirir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

TRACECA (Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi) rəqəmsallaşmaya diqqət yetirməklə sərhəd keçid prosedurlarını sadələşdirmək üçün çalışır.

Trend xəbər verir ki, bunu TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Aset Asavbayev "Orta Dəhliz: iqtisadiyyatların limanlar və hava daşımaları vasitəsilə əlaqələndirilməsi” konfransında deyib.

Onun sözlərinə görə, bütün Avropa-Qafqaz-Asiya dəhlizi boyunca dəniz nəqliyyatının və limanların inkişafının əhəmiyyəti artır.

“Dəhlizin daha da inkişaf etdirilməsi məqsədilə TRACECA Hökumətlərarası Komissiyasının sonuncu iclası çərçivəsində dəmir yolu ilə konteyner daşımalarının ahəngdar inkişafı, multimodal daşımaların həcminin artırılması üçün bir sıra siyasi və strateji sənədlər qəbul edilib. Daimi katiblik bu sahələrin praktiki həyata keçirilməsi, o cümlədən dəniz daşımalarının səmərəliliyinin artırılması, daşıyıcıların maarifləndirilməsi və ixtisaslarının artırılması üzərində fəal işləyir”, - deyə A.Asavbayev vurğulayıb.

Qeyd edək ki, konfrans ABŞ-Azərbaycan Ticarət Palatası və USAID tərəfindən Qlobal Palata və Azərbaycanın ABŞ-dakı səfirliyinin tərəfdaşlığı ilə təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti