Bakı. Trend:
Ölkəmizdə dərinləşən islahatlar vergi sahəsində də şəffalığın təmin olmasına, o cümlədən kölgə iqtisadiyyatınıln həcminin azalmasına müsbət təsiriini göstərib. Cari ildə yığılan vergilərin həcminin rekord səviyyəsinə yüksəılməsi, yəni 15 milyard manatı keçməsi tarixi hadisədir.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, o cümlədən qeyri-neft sektorundan vergi daxil olmaları da 8 milyrad manata çatır.
“Bu o deməkdir ki, özəl sektor öz fəaliyyətini bu günün çağırışlarına uyğunlaşdırır. Bu günün çağırışları isə dövlət büdcəsinə vergisini ödəməklə rahat şəkildə işləməkdən ibarətdir. Vergi əməkdaşları ilə vergi ödəyiciləri arasında yeni münasibətlər formalaşmaqdadır. Bu münasibətlər vergi əməkdaşları ilə vergi ödəyiciləri arasında münasibətlər əvvəllər mövcud təsir və təzyiq metodundan yox, açıq və əməkdaşlıq üsuluna keçməklə yeni səviyyəyə çatır.
Yəni vergi əməkdaşları vergi ödəyicilərini əəsasən qanunların məsuliyyətini dərk edilməsinə marifləndirlməklə şəxsi məsuliyyətini artırır. Artıq sahibkar bilir ki, qanunlara riayət olunanda əlavə müdaxilələr olmadan daha rahat fəaliyyət göstərmək mümükündür”, - deyə deputat qeyd edib.
O bildirib ki, cari ildə Dövlət Vergi Xidməti tərəfindən yığılan vergilərdə kəskin artımın baş verməsi də iqtisadiyyatın şəffaflaşmasının göstəricisi hesab edirəm. “Sahibkar artıq dövlət büdcəsinbə vergi ödəməklə özünü rahat və xoşbəxt hiss edir”, - deyə deputat əlavə edib.