...

Azərbaycanda sosial müavinət sisteminin elektronlaşdırılmasına litvalı ekspertlər cəlb ediləcək

İqtisadiyyat Materials 17 Yanvar 2023 11:05 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sosial müavinət sisteminin elektronlaşdırılmasına litvalı ekspertlər cəlb ediləcək

Trend-in məlumatına görə, bunu Litvanın sosial təhlükəsizlik və əmək nazirinin müavini Martinas Siurkus bu gün “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” Avropa İttifaqı Tvinninq Layihəsinin açılış mərasimində deyib.

O qeyd edib ki, bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın sosial müavinət sisteminin elektronlaşdırılması prosesi və modernləşməsi daha da sürətlənəcək.

M.Siurkus vurğulayıb ki, bu layihənin həyata keçirilməsində litvalı ekspertlər yaxından iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti