...

Hər bir azərbaycanlı sahibkar zəlzələdən əziyyət çəkmiş Türkiyə vətəndaşlarına yardım göstərməyə hazırdır - Məmməd Musayev

İqtisadiyyat Materials 8 Fevral 2023 12:24 (UTC +04:00)
Hər bir azərbaycanlı sahibkar zəlzələdən əziyyət çəkmiş Türkiyə vətəndaşlarına yardım göstərməyə hazırdır - Məmməd Musayev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Hər bir azərbaycanlı sahibkar zəlzələdən əziyyət çəkmiş Türkiyə vətəndaşlarına yardım göstərməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Qardaş köməyi" platformasının Bakı KOB evində təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda zəlzələdən zərər çəkmiş şəxslərə dəstək üzrə müxtəlif proqramlar işə salınıb.

"Lazım gələrsə sahibkarlarımızın Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə səfərini təşkil etməyə hazırıq", - o əlavə edib.

Qeyd edək ki, "Qardaş köməyi" platforması Azərbaycanın dövlət və özəl strukturları tərəfindən Türkiyənin zəlzələdən əziyyət çəkmiş vətəndaşlarına yardım məqsədilə yaradılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti