...

Kredit portfelində vaxtı keçmiş kreditlərin payı azalıb

İqtisadiyyat Materials 25 Fevral 2023 03:20 (UTC +04:00)

Bakı. Trend:

Yanvar ayında bankların kredit portfeli 0,4 faiz və ya 75,2 milyon manat artaraq 19 milyard 669,6 milyon manat olub.

Trend Mərkəzi Banka istinadla xəbər verir ki, kredit portfelinin strukturuna biznes kreditləri – 55,2 faiz (10 milyard 845,6 milyon manat), istehlak kreditləri – 29,5 faiz (5 milyard 811,9 milyon manat) və ipoteka kreditləri – 15,3 faiz (3 milyard 12,2 milyon manat) daxildir. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1,2 faiz bənd azalaraq 2,9 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti