...

Azərbaycan və Tacikistan mərkəzi bank rəhbərləri arasında görüş olub (FOTO)

İqtisadiyyat Materials 28 Fevral 2023 09:44 (UTC +04:00)
Azərbaycan və Tacikistan mərkəzi bank rəhbərləri arasında görüş olub (FOTO)

Bakı. Trend:

Mərkəzi Bankın sədri Taleh Kazımov Tacikistan Milli Bankının sədri Xoliqzoda Hokim Hikmatullo ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə T.Kazımov tvitter səhifəsində yazıb.

Görüş zamanı Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətləri müzakirə edilib.

Görüşdə həmçinin makroiqtisadi vəziyyət, maliyyə-bank sektorunun inkişaf məsələləri, sığorta sistemindəki islahatlar və digər mövzularda fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti