...

QazTrade Azərbaycana ticari missiya təşkil edir

İqtisadiyyat Materials 15 Mart 2023 13:08 (UTC +04:00)
QazTrade Azərbaycana ticari missiya təşkil edir
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi Azərbaycana ticari missiya göndərəcək.

Trend-ə diplomatik mənbədən verilən məlumata görə, tədbir 4-6 aprel 2023-cü il tarixlərində keçiriləcək.

Missiyanın əsas məqsədi Qazaxıstan müəssisələrinə azərbaycanlı tərəfdaşları, potensial ixracatçılar, idxalçılar və distribüterlər ilə əlaqə qurmağa imkan yaratmaqdır. Mənbənin verdiyi məlumata görə, QazTrade missiyanın işə salınmasının Qazaxıstanın müəssisələr şəbəkəsini genişləndirəcəyinə və iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına şərait yaradacağına ümid edir.

QazTrade hər şirkətdən bir nəfər iştirakçının xərclərini qarşılayacaq və maraqlı müəssisələrə şirkətlərini təmsil edəcək nümayəndəni irəli sürməyi təklif edir.

2006-cı ildən etibarən fəaliyyət göstərən QazTrade Qazaxıstan müəssisələrinə fəaliyyətlərini genişləndirmələrində köməklik göstərmək və beynəlxalq əməkdaşlığa şərait yaratmaq məqsədi daşıyır. QazTrade ümummilli ticarət sisteminin məsələlərini öyrənir və aşkarlayır, həmçinin Qazaxıstanın ticarət siyasətinin reallaşdırılmasında iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti