...

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının yekun protokolu imzalanıb (FOTO)

İqtisadiyyat Materials 7 Aprel 2023 14:24 (UTC +04:00)
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının yekun protokolu imzalanıb (FOTO)
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclasının yekunları üzrə birgə Protokol imzalanıb.

Trend cümə günü xəbər verir ki, sənəd Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın ticarət və inteqrasiya naziri Serik Jumanqarin tərəfindən imzalanıb.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclası keçirilib.

Komissiyanın 20-ci iclasının gələn il Qazaxıstanda keçirilməsi razılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti