...

TRACECA beynəlxalq yük daşımalarının effektivliyinin təmin edilməsində mühüm rol oynayır - Baş katib

İqtisadiyyat Materials 21 Aprel 2023 14:24 (UTC +04:00)
TRACECA beynəlxalq yük daşımalarının effektivliyinin təmin edilməsində mühüm rol oynayır - Baş katib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin xüsusən nəqliyyat sənədlərinin rəqəmsallaşması üzrə təşəbbüsləri beynəlxalq yük daşımalarının effektivliyinin təmin edilməsində və TRACECA-ya üzv olan 13 ölkəyə multimodal yük daşımalarının gələcək inkişafında mühüm rol oynayır.

Cümə axşamı TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyindən Trend-ə verilən məlumata görə, bunu Hökumətlərarası Komissiyanın Daimi Katibliyinin baş katibi Aset Asavbayev Hüquq Məsələləri və Beynəlxalq Əməkdaşlıq üzrə Xüsusi Komitənin isveçrədə keçirilən 4-cü sessiyasında deyib.

Baş katib iştirakçıları Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin cari fəaliyyəti və təşəbbüslərinin icra vəziyyəti barədə məlumatlandırıb.

"A. Asavbayev həmçinin Gündəliyin 7-ci bəndinə əsasən CIM/SMGS elektron qaimənin tətbiqinə keçid üzrə görülən işdən danışıb. Baş katib vurğulayıb ki, daimi katiblik elektron nəqliyyat sənədlərindən istifadəyə keçid sahəsində əməkdaşlığa hazır olduğunu bildirib", - mətbuat xidmətindən deyiblər.

Səfər çərçivəsində həmçinin Aset Asavbayevin İsveçrədə Hüquq Məsələləri və Beynəlxalq Əməkdaşlıq üzrə Xüsusi Komitənin baş katibi Volfqanq Kpperlə görüşü keçirilib.

"Tərəflər iki təşkilat arasında qarşılıqlı maraq kəsb edən istiqamətlərdə əməkdaşlığın gələcək inkişafını müzakirə ediblər. Fikir mübadiləsi çərçivəsində əsas mövzu gələcək qarşılıqlı fəaliyyətin perspektivlərinin müzakirəsi, nəqliyyatın, xüsusən dəmir yolu nəqliyyatının dayanıqlı inkişafı məsələləri, həmçinin hər iki strukturun üzv ölkələrinin ərazisində vahid hüquqdan istifadə etməklə daşımaların həyata keçirilməsi imkanlarından ibarət olub",- deyə mətbuat xidmətindən əlavə ediblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti