...

Bu gün bizim neft-qaz yataqlarında tətbiq etdiyimiz texnologiyalar dünyanın bir çox ölkələrində belə yoxdur - Bəxtiyar Aslanbəyli

İqtisadiyyat Materials 5 May 2023 15:45 (UTC +04:00)
Bu gün bizim neft-qaz yataqlarında tətbiq etdiyimiz texnologiyalar dünyanın bir çox ölkələrində belə yoxdur - Bəxtiyar Aslanbəyli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Müstəqilliyin ilk illərində xarici şirkətlər Azərbaycana investisiya qoymağa çəkinirdilər. Heydər Əliyev dühası odan ibarət idi ki, beynəlxalq şirkətləri bir maraq ətrafında birləşdirərək Əsrin müqaviləsini imzalamağa nail oldu və xarici neft şirkətlərini Azərbaycana cəlb etdi.

Trend-in xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçirilən “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Heydər Əliyevin enerji strategiyası” adlı paneldə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

B.Aslanbəyli bildirib ki, o zaman Azərbaycan müasir neft-qaz texnologiyalarından geri qalırdı, Azərbaycanın ixrac imkanları yox idi.

"Ulu öndər Heydər Əliyev bütün bu məsələləri həll edərək Azərbaycan neftinin dünya bazarına çıxarılmasını təmin etdi”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Şahdəniz yatağı üzrə hasilatın ilk günündən bu yana təxminən 189 milyard kubmetr qaz hasil edilib, Əsrin müqaviləsi üzrə isə toplam 4.2 milyard barel neft hasil olunub - həmin müqavilə üzrə Azərbaycan Dövlət Neft Fonduna bu illər ərzində 167 milyard dollar vəsait daxil olub.

"Bu gün bizim neft-qaz yataqlarında tətbiq etdiyimiz texnologiyalar dünyanın bir çox ölkələrində belə yoxdur. Bu yaxınlarda istifadəyə verilən platformanı məsafədən idarə etmək olar. BP ilk dəfə belə texnologiyanı Azərbaycanda tətbiq edib. Azərbaycan bunun sayəsində neft-qaz hasilatında dünyanın mərkəzlərindən birinə çevrilib”, - deyə B.Aslanbəyli əlavə edib.

Xəbər lenti

Xəbər lenti