...

Azərbaycanda avtomobillərin utilizasiyası üzrə operator müəyyən edilir

İqtisadiyyat Materials 1 İyun 2023 11:01 (UTC +04:00)
Azərbaycanda avtomobillərin utilizasiyası üzrə operator müəyyən edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda avtomobillərin utilizasiyası üzrə operator müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilən "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator müəyyən edilir.

Operator aşağıdakı funksiyaların icrasını təşkil və təmin edir:

nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitlərinin idarə olunması;
utilizatorların reyestrinin aparılması, saxlanılması və ona nəzarət;
bu Qanunun 14-9-cu və 14-10-cu maddələrində nəzərdə tutulan yazılı məlumatların alınması;
bu Qanunun 14-9-cu maddəsinin üçüncü hissəsinə uyğun olaraq təsdiqedici sənədlərin uçotunun aparılması.
Operator nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyəti ilə məşğul ola bilməz.

Operator ona təqdim olunmuş məlumatları ümumiləşdirərək hər növbəti təqvim ili fevralın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana yazılı məlumat verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti