...

Utilizasiya kifayət qədər ciddi sosial və iqtisadi məsələdir - Tahir Mirkişili

İqtisadiyyat Materials 1 İyun 2023 11:29 (UTC +04:00)
Utilizasiya kifayət qədər ciddi sosial və iqtisadi məsələdir - Tahir Mirkişili
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Utilizasiya kifayət qədər ciddi sosial və iqtisadi məsələdir. İqtisadiyyat dayanıqlı və güclü olmasa, dövlətin utilizasiyanı həyata keçirmək imkanı yox dərəcəsindədir. Hər bir dövlətin utilizasiyanı həyata keçirmək üçün iqtisadi gücü yoxdur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyin müzakirəsi zaman deyib.

O bildirib ki, Azərbaycan bu işlə bağlı xüsusi sənəd qəbul edirsə, demək ki, iqtisadi gücü və potensialı var. Bu, ciddi bir mərhələnin başlanğıcıdır.

T.Mirkişili qeyd edib ki, ekoloji cəhətdən təmiz avtomobilıərin idxal edilməsi bütün vergi və rüsumlardan azaddır. "Son zamanlar Bakıda daha çox elektrik avtomobillərini görürük. Hazırda ölkəmizdə avtomobillərin yığılması üçün iki zavod var. Üçüncü zavodun açılması planlaşdırılır. Atılan addımlar qanun layihəsinin daha səmərəli yerinə yetirilməsinə imkan yaradacaq", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti