...

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə yük axını 40 faiz artıb

İqtisadiyyat Materials 5 İyun 2023 18:15 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə yük axını 2023-cü ilin yanvar-may ayları ərzində 40% artıb.

Trend bu barədə bazar ertəsi xəbər verir.

"Rusiya Dəmir Yolları" ASC-nin materiallarından görünür ki, yanvar-may aylarında "Şimal-Cənub" dəhlizi ilə daşınmalar 2022-ci ilin analoji dövrü ilə müqayisədə 41,8 faiz artaraq dörd ton olub.

Daşınmaların əsas faizi, yəni 3,6 milyon ton (37,9 faiz artım) Rusiya və İranı Azərbaycan ərazisi vasitəsilə birləşdirən qərb marşrutunun payına düşüb. Bundan başqa, digər dəhlizlərlə dinamikanın yüksək, yük daşımalarının həcminin isə az olduğu deyilir. Belə ki, Türkmənistan və Qazaxıstan ərazisindən keçən şərq marşrutu ilə 353,5 min ton (80,3 faiz artım), Transxəzər marşrutu ilə isə 117,7 min ton (80,5 faiz artım) daşınıb.

Qeyd olunur ki, yük axınının həcminin böyük bir hissəsi qərb marşrutu ilə daşınır, burada hələ ki, tam dəmir yolu əlaqəsi yoxdur. Şərq və Transxəzər istiqamətlərində artım 80 faizi ötür, lakin həcmlər hələ ki, nisbətən azdır. Rəşt-Astara dəmir yolunun tikintisi başa çatanadək İran istiqamətində tələbatın artmağa davam edəcəyi gözlənilir.

Xatırladaq ki, bəzi qiymətləndirmələrə görə 2023-cü ildə Şimal-Cənub şərq marşrutunda yük axını bir milyonu ötüb keçib, 2025-ci ildə isə həcmin 5-7 milyon ton səviyyəsinə çıxacağı gözlənilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti