...

Audiovizual Şuranın elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb

İqtisadiyyat Materials 3 Avqust 2023 17:55 (UTC +04:00)
Audiovizual Şuranın elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb

Bakı. Trend:

03 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının “Media haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci, 50.5-ci, 51.1-ci maddələrini rəhbər tutaraq Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanallarının ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə verilməsi üçün elan edilmiş müsabiqə üzrə sənəd qəbulu başa çatmışdır.

Şuradan Trend-ə verilən məlumata görə, aşağıdakı 2 ərizəçi sənədlərini Şuraya təqdim etmişdir.

“ATV Plus” MMC (operatorun xidmət adı: “ATV Plus”)

“AzəriGlobalServis” QSC (operatorun xidmət adı: “AGS TV”)

Qeyd olunmalıdır ki, hər iki ərizəçi hazırda multipleks operatoru fəaliyyətini həyata keçirir. “ATV Plus” operatoru Bakı şəhəri və ətraf ərazilərdə, “AGS TV” isə Quba şəhəri, Lənkəran şəhəri və Gəncə şəhərində istehlakçılara xarici televiziya kanallarının ödənişli retranslyasiya xidmətini təqdim edirlər.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə (müsabiqələrə) buraxılmaları və ya müsabiqəyə (müsabiqələrə) buraxılmasından imtina edilmələri barədə qərar qəbul ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti