Bakı. Trend:
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda inflyasiya 10,9% təşkil edib. Səkkiz aylıq göstərici ilə müqayisədə Azərbaycanda inflyasiya 0,8% bəndi azalıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 112,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 110,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,6 faiz təşkil edib. 2023-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105,1 faiz təşkil edib.