...

Sadələşdirilmiş ekspertiza tariflərinin azaldılması bu istiqamətdə fəaliyyəti stimullaşdırır - Ekspert

İqtisadiyyat Materials 5 Dekabr 2023 18:23 (UTC +04:00)
Sadələşdirilmiş ekspertiza tariflərinin azaldılması bu istiqamətdə fəaliyyəti stimullaşdırır - Ekspert
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dərmanların ekspertizası üçün müddətin, tariflərin azaldılması bilavasitə ölkədə dərman əlçatanlığının qiymət və keyfiyyəti baxımından yaxşılaşdırılmasına xidmət edən bir alət olaraq qiymətləndirilə bilər.

Bu barədə Trend-ə açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, burada sadələşdirilmiş ekspertiza tariflərinin azaldılması da bu istiqamətdə olan fəaliyyəti stimullaşdırır.

"Azərbaycana dərman idxal edən təsərüffat subyektləri maraqlı olacaqlar ki, bilavasitə beynəlxalq səviyyədə tanınan dərmanları ölkəyə idxal etsinlər.

Burada da sadələşdirilmiş ekspertiza tarifləri mövcud tariflərin 29%-ə qədər azaldılması bunu birmənalı olaraq stimullaşdıran səbəb olaraq göstərə bilərik. Bütün bunlar ölkəmizdə dərmanların ucuzlaşmasına və bahalaşmasına təsir etməyəcək", - deyə o, qeyd edib.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının son iclasında sadələşdirilmiş ekspertiza tarifləri mövcud tariflərdən 20-29%-ə qədər azaldılıb. Adi ekspertiza tarifləri isə mövcud tariflərdən 20%-ə qədər yuxarı həddə təsdiq edilib.

“Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliyə əsasən, dərman vasitələrinin qeydiyyatı üçün ixtisaslaşdırılmış ekspertiza xidmətlərinin müddəti 210 gündən 90 günə endirilib.

Xarici qeydiyyatın tanınması üzrə sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən, dövlət reyestrinə daxil edilən dərman vasitələri üçün tələb olunan sənədlər azaldılıb. Sadələşdirilmiş ekspertiza üçün qısa müddət - 11 iş günü müəyyənləşdirilib.

Tarif (qiymət) Şurasının son iclasında yeni dövlət qeydiyyatına alınan 158 dərman vasitəsinin qiymətlərinin yuxarı həddi təsdiq edilib.

Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, sahibkarlar üçün idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 57 dərman vasitəsinin qiymətinin yuxarı həddində qanunvericiliyə uyğun olaraq dəyişikliklər aparılıb.

Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Qərar 8 dekabr 2023-cü il tarixindən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti