...

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri MDB çərçivəsində əməkdaşlıqda prioritet layihələrdir - Baş nazir

İqtisadiyyat Materials 18 Dekabr 2023 13:31 (UTC +04:00)
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri MDB çərçivəsində əməkdaşlıqda prioritet layihələrdir - Baş nazir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şərq-Qərb və Şimal-Cənub MDB çərçivəsində əməkdaşlıqda prioritet layihələrdir.

Trend xəbər verir ki, bunu Azərbaycanın baş naziri Əli Əsədov Moskvada keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında deyib.

"Ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqaməti ticari-iqtisadi sahədir. Azərbaycan MDB çərçivəsində iqtisadi əməkdaşlıqda aktiv iştirak edir. Ötən il Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi təqribən 30 faiz artıb. Bu ilin 10 ayının yekunlarına görə daha 17 faiz artım qeydə alırıq. Nəqliyyat-tranzit sahəsində qarşılıqlı səmərəli əməkdaşlıq qurulub və burada Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri prioritet layihələr olaraq çıxış edir", - o deyib.

Ə.Əsədovun sözlərinə görə, Azərbaycan öz nəqliyyat-logistika inifrastrukturunu müasirləşdirməyə davam edir və MDB-dən olan bir çox tərəfdaşları bu infrastrukturdan aktiv şəkildə istifadə edir.

Qeyd edək ki, MDB Hökumət Başçıları Şurasının iclası Moskvanın xalq təsərrüfatları nailiyyətləri sərgi mərkəzində keçirilir. Birlik ölkələrinin baş nazirləri iclasdan öncə xalq təsərrüfatı nailiyyətləri sərgi mərkəzində açılan "Rusiya" beynəlxalq sərgi forumu ilə tanış olublar.

Sərgi forumunda Rusiya regionlarının inkişaf yolu, ölkənin istehsal etdiyi yeni texnologiyaları nümayiş olunur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti