...

Motosikletlərə aksiz vergisi tətbiq olunacaq

İqtisadiyyat Materials 1 Yanvar 2024 12:47 (UTC +04:00)
Motosikletlərə aksiz vergisi tətbiq olunacaq

Bakı. Trend:

Sabahdan dövlət qeydiyyatına alınmalı olan motosikletlər aksizli mallar sırasına daxil edilir.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Beləliklə, 1 yanvar 2024-cü ildən aksiz dərəcəsi Azərbaycana idxal olunan motosikletlər üçün mühərrikin həcmi 125 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 0,20 manat, mühərrikin həcmi 500 kubsantimetrədək olduqda 25 manat+mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,40 manat, mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda 175 manat+mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0,50 manat olacaq.

Eyni zamanda, sosial aspektlər nəzərə alınmaqla mühərrikinin iş həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərinin idxalı 2024-cü il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad olunur.

Azərbaycanda istehsal olunan motosikletlər üçün aksiz dərəcəsi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək. Ölkə daxilində istehsalın 0 dərəcə ilə aksizə cəlb ediləcək.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti