...

Mərkəzi Bank manatın alış və satış məzənnələrini açıqladı

İqtisadiyyat Materials 27 Fevral 2024 16:30 (UTC +04:00)
Mərkəzi Bank manatın alış və satış məzənnələrini açıqladı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı Trend:

İl ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Blumberq” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın 2023-cü il üzrə Pul Siyasəti İcmalında deyilir.

Hesabat ilində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib.

Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın hərəkət edib. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6945 manat, satış məzənnəsi isə 1.7020 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti