...

İranın Valyuta və Qızıl Mübadilə Mərkəzində satılan xarici valyuta açıqlanıb

İqtisadiyyat Materials 10 Mart 2024 10:23 (UTC +04:00)
İranın Valyuta və Qızıl Mübadilə Mərkəzində satılan xarici valyuta açıqlanıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün (9 mart) İranın Valyuta və Qızıl Mübadilə Mərkəzində NIMA məzənnəsi ilə satılan müxtəlif xarici valyuta 163 milyon dollar təşkil edib.

Trend-in məlumatına görə, bu barədə İranın Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, ümumilikdə ötən gün 289 milyon dollar dəyərdə xarici valyuta satışa çıxarılıb.

Qeyd edək ki, İranda 21 fevral 2023-də qara bazarda xarici valyutaların kəskin bahalaşmasının qarşısını almaq məqsədilə Valyuta və Qızıl Mübadilə Mərkəzi fəaliyyətə başlayıb.

Əlavə edək ki, ötən gün İranın Mərkəzi Bankı rəsmi məzənnəsi ilə 1 ABŞ dolları 42 000 rial, 1 avro isə 45 948 rial təşkil edib. İranın Mərkəzi Bankı bu məzənnə ilə bir sıra məhsulların idxalının mümkün olduğunu qeyd edir.

Bildirək ki, İranın Mərkəzi Bankının banklara və valyuta dəyişmə məntəqələrinə elan etdiyi valyuta kursu SANA sistemi adlanır. Bu sistemə əsasən 1 avronun qiyməti 471 862 rial, 1 dolların qiyməti isə 431 316 rial təşkil edib.

İranda iş adamlarının məhsul ixracı ilə əldə etdikləri valyutanın müəyyən hissəsinin ölkə iqtisadiyyatına qaytarılması üzrə satdıqları sistem NIMA adlanır. Bu sistemə əsasən 1 avronun qiyməti 439 351 rial, 1 dolların qiyməti isə 401 598 rialdır.

İranda qara bazarda isə 1 dolların qiyməti 600-603 min rial, 1 avronun qiyməti isə 657-660 min rial arasında dəyişir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti