...

BVF COP29-un Azərbaycanda uğur əldə etməsi üzərində çalışmaq niyyətindədir - Kristalina Georgiyeva

İqtisadiyyat Materials 20 Aprel 2024 15:31 (UTC +04:00)
BVF COP29-un Azərbaycanda uğur əldə etməsi üzərində çalışmaq niyyətindədir - Kristalina Georgiyeva
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) COP29-un Azərbaycanda uğurla keçirilməsini təmin etmək işinə sadiqdir.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva "X" platformasında yazıb.

"Azərbaycanın maliyyə naziri Samir Şərifov, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov və COP29-un prezidenti Muxtar Babayevlə möhtəşəm görüşümüz keçdi. Azərbaycanda iqlim hədəflərinin dəstəklənməsinə sadiqik və noyabr ayında Bakıda COP29-un uğurla keçirilməsi üzərində çalışırıq", - paylaşımda deyilir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti