...

Ölkədaxili nağdsız ödənişlərin həcmi açıqlandı

İqtisadiyyat Materials 27 İyun 2024 12:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

May ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıb.

Trend Mərkəzi Banka istinadən xəbər verir ki, may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6259 milyon manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 5245,6 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1003,3 milyon manatı POS-terminallar, 9 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62,2 faizini təşkil edib.

Xəbər lenti

Xəbər lenti