...

4SİM və "SABAH.Hub" arasında Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Materials 27 İyun 2024 16:28 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və "SABAH Hub" arasında Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, imzalanma "Baku Investment Day (Baku ID 2024)" çərçivəsində baş tutub.

Memorandumu 4SİM-in icraçı direktoru Fariz Cəfərov və "SABAH.HUB"ın icraçı direktoru Rəhim Bayramlı imzalayblar.
Anlaşma Memorandumunun məqsədi Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində yerli startap ekosisteminin inkişafına dəstək göstərilməsi və bu sahədə əməkdaşlıqdır.
Memoranduma əsasən, tərəflər ölkədə innovasiya ekosisteminin inkişafı, süni intellekt fokuslu beynəlxalq və yerli universitetlərlə ikili diplom proqramlarının təsis olunması, təcrübəli insan kapitalının ölkəyə cəlb olunması, tədqiqat və təlim proqramları sahəsində əməkdaşlıq edəcəklər.
Sənəd, həmçinin rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində elm və sənaye klasterinin yaradılması üçün birgə səylərin davam etdirilməsi, habelə Dünya İqtisadi Forumunun (DİF) “Qlobal İnnovatorlar” icması ilə oxşar təcrübənin ölkəmizdə tətbiqi ilə bağlı əməkdaşlığı ehtiva edir.

Qeyd edək ki, Bakıda "SABAH.HUB" İnnovasiya Mərkəzinin dəstəyi ilə "Baku ID" innovasiya festivalı keçirilir. Bu, Azərbaycanda və regionda əsas startap-innovasiya tədbiridir.

Festivalda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər, o cümlədən 200-dən çox yerli və xarici investor, 100-dən çox startap, 5000 iştirakçı və 50-dən çox tərəfdaş iştirak edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti