...

Mərkəzi Bankın 4 departamentinə direktorlar təyin edildi

İqtisadiyyat Materials 22 Avqust 2024 15:47 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qurumun 4 departamentinə direktorlar təyin edib.

Trend xəbər verir ki, sədr bununla bağlı müvafiq qərarlar imzalayıb.

Qərarlara əsasən, Sadiq Axundov İT əməliyyatları departamentinə, Elnur Ağayev Xəzinə departamentinə, Fətullah Ələkbərov Nağd Pul departamentinə, Fuad Səbziyev isə Ödəniş sistemləri və hesablaşmalar departamentininə direktor təyin olunub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Tofiq oğlu Osmanov vəzifəsindən ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti