...

FMO Bank Respublika əməkdaşları üçün yaşıl maliyyə mövzusunda iki günlük seminar keçirdi

İqtisadiyyat Materials 18 Sentyabr 2024 09:40 (UTC +04:00)
FMO Bank Respublika əməkdaşları üçün yaşıl maliyyə mövzusunda iki günlük seminar keçirdi

Bakı. Trend:

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, “Yaşıl Dünya üçün Həmrəylik İli” çərçivəsində silsilə tədbirləri davam etdirir.

Belə ki, Niderland İnkişaf Bankı (FMO) ilə əməkdaşlıq çərçivəsində təşkilatın ekspertləri tərəfindən “Bank Respublika”nın əməkdaşları üçün yaşıl maliyyə mövzusunda iki günlük seminar keçirilib.

Seminar zamanı FMO-nun ekspertləri yaşıl maliyyə layihələrinin həyata keçirilməsi üzrə təcrübələrini bölüşüb, bank sferasında bu sahənin inkişaf perspektivlərini müzakirə ediblər. İştirakçılar yaşıl layihələrin dəstəklənməsi üçün müasir alətlər və mexanizmlər, eləcə də onların Azərbaycanın maliyyə sektorunun inkişafındakı rolunu nəzərdən keçiriblər.

Yaşıl maliyyə bu gün sosial və ekoloji landştafı yaxşılaşdıran təşəbbüsləri dəstəkləməyə yönəlmiş bir sıra tədbirləri və alətləri əhatə edir. Bu konsepsiyaya əsasən banklar və maliyyə institutları davamlı inkişafın təşviqində əsas rol oynayır.

Seminar gələcəkdə “Bank Respublika”nın fəaliyyətində eləcə də bütövlükdə Azərbaycanın maliyyə bazarında ekoloji cəhətdən məsuliyyətli həllərin tətbiqinə yönəlmiş bilik və təcrübə mübadiləsində mühüm addım olmuşdur.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti