...

BRICS çərçivəsində qarşılıqlı məsləhətləşmə mexanizmini gücləndirmək lazımdır - Misir prezidenti

İqtisadiyyat Materials 24 Oktyabr 2024 12:47 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Kazan. Trend:

BRICS çərçivəsində qarşılıqlı məsləhətləşmə mexanizmini gücləndirmək lazımdır.

Trend xəbər verir ki, bunu Rusiya Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi Kazanda keçirilən “XVI BRİCS” sammitinin "BRİCS plus" formatında ilk plenar iclasında çıxış edərkən bildirib.

“Bugünkü iclas çox mürəkkəb beynəlxalq şəraitdə baş tutur. Bizim hamımızın üzləşdiyi böhranlar və digər problemlər çoxqütblü sistem üçün təhlükə yaradır. Hazırda biz digər dövlətlərlə birlikdə inkişaf etməkdə olan ölkələrin bütün səylərini bir araya gətirmək və əməkdaşlığı gücləndirmək üçün çalışırıq. “BRİCS plus” forumunun fəaliyyətini yüksək qiymətləndiririk”, - o qeyd edib.

Əbdülfəttah Əs-Sisi vurğulayıb ki, bu forum BRİCS ölkələri arasında əməkdaşlığın inkişafı və qarşılıqlı müzakirələrin gücləndirilməsi üçün platformadır.

“Bu kontekstdə növbəti məqamlara diqqət çəkmək istərdim. Birincisi, beynəlxalq maliyyə institutları ilə qarşılıqlı əlaqəmizdən maksimum fayda götürmək üçün hər şeyi etməliyik. İkincisi, bu gün keçirilən bu cür toplantıları yüksək qiymətləndiririk, çünki bunlar Cənub-Cənub əməkdaşlığını gücləndirmək və müxtəlif sahələrdə təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi kimi mexanizmləri aktivləşdirmək məqsədini güdür. Üçüncüsü, qarşılıqlı müzakirə mexanizmimizi də gücləndirmək lazımdır. Bu, çox vacibdir, çünki bir sıra ölkələrin bir tərəfli həll yollarını tətbiq etməyə çalışmasına qarşı durmalıyıq”, - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti