...

BMT baş katibi iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyələşməni artırmağa çağırıb

İqtisadiyyat Materials 22 Yanvar 2025 17:00 (UTC +04:00)
BMT baş katibi iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyələşməni artırmağa çağırıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İnkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşməsini əhəmiyyətli dərəcədə artırmaq lazımdır.

Trend xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş Davosda Ümundünya İqtisadi Forumunda etdiyi çıxışda bildirib.

“Qlobal istiləşmə çox sürətli şəkildə inkişaf edir və biz geri addım ata bilmərik”,-deyə Quterriş vurğulayıb. BMT rəhbəri bərpaoluna bilən enerji mənbələrinin nəhəng potensiala malik olduğunu qeyd edib və onların bütün ölkələr üçün müstəsna iqtisadi imkanlar yaratdığını diqqətə çatdırıb.

BMT baş katibi eyni zamanda bir sıra maliyyə qurumlarının və sənaye sahələrinin iqlim dəyişikliyi üzrə götürdükləri öhdəliklərdən imtina etməsi ilə müşahidə olunan tendensiyanı pisləyib.

“Bu iflasa düçardır. Siz tarixin yanlış tərəfində dayanmısız. Siz elmin yanlış tərəfindəsiz”,- deyə Quterreş söyləyib.

O həmçinin bərpaolunmayan (fossil) yanacaq sənayesi və onun müttəfiqlərinin reklam və piyar (ictimaiyyətlə əlaqələr) yolu ilə iqlim dəyişikliyi ilə mübarizədəki tərəqqini ləngitmək cəhdlərindəki roluna toxunub.

BMT baş katibi bildirib ki, hökumətlər iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində üzlərlərinə götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməli və ilin sonunda Braziliyada keçiriləcək COP30-a kimi milli tədbirlər planı hazırlamaladırlar.

Xəbər lenti

Xəbər lenti