Bakı. Trend:
Avropa bacarıqlar, tədqiqatlar və innovasiyalar baxımından mühüm potensiala malikdir.
Trend xəbər verir ki, bunu Avropa Komissiyasının Ticarət və İqtisadi Təhlükəsizlik üzrə ali nümayəndəsi Maroş Şefçoviç Davosda keçirilən Dünya İqtisadi Forumunun “Avropanın gücünü necə nümayiş etdirək?” şüarlı sessiyasında çıxışı zamanı bildirib.
“Biz yüksək sosial standartları, güclü istehlak bazası və biliklər, tədqiqatlar və innovasiyalar baxımından böyük potensialı olan ən iri ticarət blokuyuq”, -deyə Şefçoviç bildirib.
O əlavə edib ki, ümumi tapşırıqların yerinə yetirilməsi üçün 27 ölkənin bir araya gəlməsi blokun özünəməxsus cəhəti və əsas üstünlüyüdür. Bugün Avropa liderləri daha çox rəqabət qabiliyyətinin artırılması və bürokratik əngəllərin ixtisarına fokuslanıblar.
Şefçoviç həmçinin, Avropa ilə ticarət sazişləri bağlamaqda olan ölkələrinin sayının artdığını xüsusi olaraq qeyd edib.
“Avropa – qanunun aliliyinə hörmətlə yanaşan, lokal investisiya qoyan və birgə dəyərlər yaradan tərəfdaşdır”,- deyə o bildirib.
Ali nümayəndə məhz bu keyfiyyətlərin Avropa İttiqafının qlobal çağırışlarla üzləşmiş dünyadakı “vizit kartına” çevrildiyini diqqətə çatdırıb.
O, həmçinin son dərəcə vacib xammal resurslarına əlçatarlığın və texnologiyaların əhəmiyyətini vurğulayıb.
“Biz çiplər kimi vacib texnologiyaların, xarici podratçılara ötürlməsini yox, məhz Avropada hazırlanmasını təmin etməliyik. COVID-19 pandemiyası tədarük zəncirlərinin nə dərəcədə həssas ola biləcəyi baxımından bizə dərs oldu”,- deyə Şefçoviç bildirib.