...

Avropa Mərkəzi Bankının prezidenti Aİ-də kapital bazarları birliyinin yaradılmasını yekunlaşdırmağa çağırıb

İqtisadiyyat Materials 24 Yanvar 2025 16:16 (UTC +04:00)
Avropa Mərkəzi Bankının prezidenti Aİ-də kapital bazarları birliyinin yaradılmasını yekunlaşdırmağa çağırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard Avropa İttifaqında kapital bazarları İttifaqının yaradılması üzrə işləri yekunlaşdırmağa çağırıb.

Trend xəbər verir ki, o, bu barədə çağırışı Davosda keçirilən Dünya İqtisadi Forumunun “Qlobal iqtisadi proqnoz” mövzulu panel müzakirələrində edib.

Laqard Avropa iqtisadiyyatının sabitliyinə dəlalət edən əsas göstəriciləri diqqətə çatdırıb: borcun ÜDM olan nisbəti təxminən 80%, Avrozonanın ümumi kəsri – təxminən 3% təşkil edir, inflasiya isə 2.4%-ə qədər enib. Uçot dərəcəsi 3% səviyyəsindədir, Avropa isə əhəmiyyətli yığımlara və Avropa isə əhəmiyyətli yığımlara və yüksək ixtisaslı kadrlara malikdir.

“Avropa ekzistensial təhdidlərin həllinə çağıran ciddi siqnal alıb. Avropa liderləri buna effektiv şəkildə reaksiya göstərə bilsə, qitə bu çağırışların öhdəsindən gəlinməsi üçün nəhəng potensiala malikdir”, - deyə Laqard bildirib

Avropa Mərkəzi Bankının prezidenti Bank ittifaqının və kapital bazarları ittifaqının yaradılması prosesinin yekunlaşdırılmasının, həmçinin istedadlı kadrların və əmanətlərin Avropada saxlanılmasının vacibliyi vurğulayıb.

Bundan başqa, Laqard bir sıra şirkət rəhbərlərinin və biznes-icma liderlərinin mövcud investisiya mühiti ilə bağlı narahatlıq ifadə etməsi faktını təsdiq edib.

“Onlar enerji qiymətlərinin yüksək olmasını, izafii bürokratiyanı və həddən artıq nizamlanmaları əsas əngəllərdən hesab edirlər. Halbuki enerji qiymətləri düşməkdədir, belə ki, Avropada enerji istehsalının bərpaolunmayan mənbələrə düşən payı əhəmiyyətli dərəcədə artır. Avrozonada, elektrik enerjisinin ən azı 70 faizi bərpaolunmayan mənbələrədən daxil olur.

Laqard həmçinin, ABŞ-də qəbul edilən İnflyasiyanın Azaldılması Aktının (IRA) təsirlərindən danışaraq, bildirib ki, bu qanun ilkin mərhələdə səxavətli subsidiyalar sayəsində böyük sərmayələrin cəlb olunmasına kömək olub.

Onun sözlərinə görə, IRA çərçivəsində subsidiyaların verilməsi ehtimalı azdır ki, bu da Avropanın özünü yenidən qlobal iqtisadi lider kimi təsdiq etməsi üçün əlverişli imkan yaradır.

“Şübhə yoxdur ki, Avropadan kənardakı çağırışlar əhəmiyyətlidir, lakin onlar həm də imkanlar yaradır. Avropanın əsas qlobal oyunçu kimi qalması tələb olunan istedadı, resursları və ambisiyaları var”,-deyə Laqard bildirib.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti