Bakı. Trend:
“Vektor.az” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını azaldıb.
Trend-in əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.
Belə ki, cəmiyyətin 30.060.000 (otuz milyon altmış min) manat nizamnamə kapitalı iştirakçının mayasının nominal dəyərinin azaldılması yolu ilə nisbəti saxlanılmaqla 1.500.000 (bir milyon beş yüz min) manat azaldılaraq 28.560.000 (iyirmi səkkiz milyon beş yüz altmış min) manat müəyyən edilib.
Qeyd edək ki, sözügedən şirkət 2020-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Mübariz Məmməd oğludur.